Bax sənə nə vəd edirik
İstədiyin kimi ödəyirsən
Sığorta haqqını abunə əsasında illik və ya aylıq ödəyə biləcəksən.
Rahat qoşulursan
Heç yerə getmədən bütün prosesi online keçəcəksən.
Evinə baxış keçirilmir
Sadəcə ünvanını, şəxsiyyət vəsiqəni daxil edəcəksən.
Evini sığortalayırsan, çünki:

Güvəndə hiss etdiyin yerdir
Xatirələrinin yaşadığı, rahatlığın başladığı və sevə-sevə geri döndüyün yer - sənin evindir. Onun salamatlığı sənə arxayınlıq verir.
Hadisə qapını döymədən gəlir
Həyat sürprizlərlə doludur. Bəzən evi su basır, oğrular «qonaq» gəlir. Heç kim buna hazırlaşmır, amma sən hazır ola bilərsən.
Ən dəyərli əmlakındır
Kirayə verdiyin ev sənin qazanc mənbəyindir. Gözlənilməz xərclərə qarşı evinin qayğısına qalmaq ən ağıllı addımdır.
Arxayın ol, hamısını Yuvam qarşılayır
Təbii fəlakət
Zəlzələ, tufan, leysan, torpaq sürüşməsi səni qorxutmasın. Yuvam yanındadır.
Yanğın
Evin yanıbsa, dərd eləmə. Təmir xərclərini biz qarşılayacağıq.
Kənar şəxsə dəyən zərər
Sənin evindən qonşuya zərər dəyərsə, vəkil axtarma. Zərəri nədirsə, biz ödəyərik.
Oğurluq
Evini yarıblar? Ürəyini sıxma. Əşyaların zərərini bizə həvalə et.
Təsadüfi zərərlər
Səndən asılı olmayan səbəblərə görə, evinə nəsə zərər dəysə, biz həll edərik.
Qaz partlayışı
Dəyən zərərin xərclərini qarşılayacağıq. Əmin ol.
Bir neçə kliklə həll et

Paketini seç
Evini səndən yaxşı tanıyan yoxdur. Təmiri, şəraiti, büdcəni özün təyin edirsən və istədiyin paketi seçəcəksən.
Məlumatlarını daxil et və abunə ol
Aktiv telefon nömrəni, şəxsiyyət vəsiqəni, evinin ünvanını daxil edərək prosesi rahatlıqla keçəcəksən.
Hadisəni bildir
İraq-iraq, əgər evində nəsə baş versə, şəxsi kabinetində bütün şərait var. Bu addımları da onlayn keçəcəksən.
Təkliflər
Aylıq
İllik
🔥 17%-dək qənaət





